VALET PARKİNG

Siz tədbirə dəvətlisiniz, və tədbir yerinə gəldikdə girişdə «Valet Parking» işarəsini görürsünüz. Bu o deməkdir ki, bizim Valet-menecerlərimiz Sizin avtomobilinizin qayğısına qalacaqlar. Onlar Sizdən nəqliyyat vasitəsini alıb mühafizə olunan duracağa aparacaqlar və tədbiri tərk etmək istədiyiniz zaman onu Sizə geri təhvil verəcəklər. “Burada dayanmaq” ştenderi ilə işarələnmiş minmə/düşmə zonasına yaxınlaşmaq lazımdır.

 

 

✔ Avtomobildən çıxın və Avtomobilinizin açarlarını Valet-menecerə ötürün.

✔ Açarları qəbul etməzdən öncə, Valet-menecer salonda qiymətli əşyaların olub-olmadığına baxış keçirəcək (çanta, telefon, digər aksessuarlar və devayslar və s.)

✔ Sizə yalnız əlaqə nömrənizi vermək və avtomobilin verilməsi haqqında qol çəkmək istirahətinizə rahatca davam etməyiniz üçün kifayətdir.

✔ Açarları verərkən Siz telefon nömrəsinin göstərildiyi parketmə jetonu alacaqsınız.

✔ Valet-menecer avtomobilinizi xüsusi duracağa özü aparır və nəqliyyat vasitəsinin nömrə və markası nişanı ilə açarları saxlanma məntəqəsinə təhvil verir.

Valet Parking-dən avtomobilin geri qaytarılması:

Avtomobilinizi təhvil almaq üçün parketmə jetonunuzda göstərilən telefon nömrəsinə zəng etməlisiniz. İnzibatçı Sizdən jeton nömrəsini deməyi xahiş edəcək və avtomobilin təxmini verilmə vaxtını deyəcək. Qeyd olunan vaxtda Valet-menecer avtomobilinizi minmə/düşmə zonasına gətirəcək.Əgər Siz deyilən vaxtda küçəyə çıxmamısınızsa, İnzibatçı Sizə zəng edib avtomobilinizin girişdə olduğu barədə məlumat verəcək.

Parketmə jetonu müqabilində Siz avtomobilinizi təhvil alacaqsınız.