Haqqımızda

Valet Parking Sürücülük xidmətləri 2015-cu ilin noyabr ayından etibarən Bakı şəhərində 100000-dən çox müştəri auditoriyası ilə fəaliyyətdədir. (Otellər, Ticarət-əyləncə mərkəzləri, Biznes mərkəzləri).

Şəhərimizdə qısa zamanda tanınmış, keyfiyyətli və sərfəli xidmətinə görə öz auditoriyasını qazanmış, təcrübəli və profesional sürücülərimiz artıq 150-dən çox məkanda xidmət göstərərək, Sizə və müştərilərinizə yüksək səviyyəli parkinq və eyni zamanda ayıq sürücü xidməti təqdim edəcəklər.

Valet Parking sürücülük xidmətləri – sağlam, təhlükəsiz, cəriməsiz həyat deməkdir!

Valet Parking xidməti sizə rahat və yüksək səviyyədə tədbirlərin keçirilməsinə imkan verir

BİZİM MƏQSƏDİMİZ

Müştəri məkana gəldikdə girişdə «Valet Parking» işarəsini görür. Bu o deməkdir ki, bizim Valet-sürücülərimiz müştərilərin konfort səviyyəsinin artırılması üçün onların avtomobillərini götürüb özləri parkinq edərək, narahat və içkili sürücüləri gedəcəkləri yerə çatdıraraq qonaqlarınızın qayğısına qalacaqlar

Hər kəs avtomobilini onlara rahatlıqla əmanət edə biləcək. Çünki Valet sürücülər müştərilərinə Paşa Sığorta ilə təminatlı gediş təqdim edir.

VALET SÜRÜCÜLƏR

Bizim məqsədimiz qonaqlarınızı sağlam və cəriməsiz həyatla təmin etməkdir.

Sərtləşdirilmiş cəza tədbirləri ilə əlaqədar olaraq sərxoş vəziyyətdə olan sürücülər üçün bu xidmət olduqca aktualdır.

Valet Parking-ə müraciət edin və bizim təcrübəli sürücümüz Sizi və Sizin nəqliyyat vasitənizi müraciət etdiyiniz zaman göstərdiyiniz ünvana çatdıracaq.

Bizim peşəkar sürücülərimiz əllərindən gələni edəcəklər ki, Qonaqlarınız şənlikdən kənarda qalmayacaq. Xidmətlərimizin qiyməti istənilən sürücünün istifadəsi üçün olduqca münasibdir. Axı ayıq sürücü yalnız sərxoş müştəriləriniz üçün deyil. Həmçinin səhhətində problem olan və ya yorğun olan müştəriləriniz üçün də münasibdir.